Piyadanı yaralayan motosiklet sürücüsü hadisə yerindən qaçdı
19 mart 2023 22:38 (UTC +04:00)

Piyadanı yaralayan motosiklet sürücüsü hadisə yerindən qaçdı

Gəncədə piyadanın vurulması  ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə motosiklet yolu qarşı tərəfə keçmək istəyən 15 yaşlı Nihat Kərimovu vurub. Piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə qəzadan sonra motosiklet sürücüsü hadisə yerindən qaçıb. Faktla bağlı araşdırma aparılır.
 

# 1386
avatar

Oxşar yazılar