Pişik balasını xilas etməyə çalışan şəxs altıncı mərtəbədən yıxılaraq ölüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Moskvada mənzillərdən birində 44 yaşlı kişi qızı ilə mətbəxdə olarkən baş verib. Qız bir anda açıq pəncərənin yanındakı çıxıntıda pişik balasını görüb. Heyvanı xilas etməyə çalışan kişi müvazinətini itirərək pəncərədən yıxılıb. Zərərçəkmiş beyin, ağciyərinin əzilməsi və döş sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya çatdırılıb. İki ay sonra moskvalı xəstəxanada ölüb.
Yeri gəlmişkən, pişik balası heç bir zərər görməyib.