Bakıda ev qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 7-də Sabunçu rayonu Pirşağı qəsəbəsindəki evlərin birindən 2300 manat və 10.000 dollar qeyri-aşkar şəraitdə oğurlanıb.
Bu barədə polisə məlumat daxil olub. Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini olan bir qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.