Sumqayıtda reyd
07 oktyabr 2021 17:39 (UTC +04:00)

Sumqayıtda reyd

Peyvənd olunmayan taksi sürücüləri saxlanıldı - VİDEO

Sumqayıtda peyvənd olunmadan taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı profilaktik tədbir keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlcədən elan edildiyi kimi, oktyabrın 1-dən avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması ilə məşğul olan, o cümlədən taksi sürücülərindən 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunur. Qeyd edilən qaydalara əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Növbəti belə tədbir bu gün Sumqayıt şəhər Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Tədbir zamanı peyvənd olunmadan, yəni 2-ci dozanı qəbul etmədən taksi fəaliyyəti ilə məşğul olan sürücülər saxlanılıblar. Həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb. 

Profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb. 

Tədbir nəticəsində ictimai nəqliyyatda maskadan istifadə etməyən sərnişinlər, eləcə də sürücülər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbiri görülüb. Sumqayıt şəhərində keçirilən profilaktik tədbir zamanı sanitar-karantin qaydalarını pozan 20-dən artıq sürücü və sərnişin barəsində protokol tərtib edilib. 

Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində karantin qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə ictimai nəqliyyatda və digər qapalı məkanlarda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

Sumqayıtda peyvənd olunmayan sürücülər cərimələndi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2196

Oxşar yazılar

Ata traktorla qızını əzib öldürdü

Ata traktorla qızını əzib öldürdü

21 may 2025 , 18:07
Səkkizinci mərtəbədən yıxılan uşaq sağ qaldı

Səkkizinci mərtəbədən yıxılan uşaq sağ qaldı

21 may 2025 , 17:11
İki santimetrə görə  evinə kompensasiya vermədilər

İki santimetrə görə evinə kompensasiya vermədilər

21 may 2025 , 16:57
Azərbaycanda qadınları fotoları ilə  şantaj edən  TUTULDU

Azərbaycanda qadınları fotoları ilə şantaj edən TUTULDU

21 may 2025 , 16:21
DTX-nın tutduğu hərbçiyə HÖKM OXUNDU

DTX-nın tutduğu hərbçiyə HÖKM OXUNDU

21 may 2025 , 15:18
Beşinci mərtəbədən yıxılan uşaq sağ qaldı

Beşinci mərtəbədən yıxılan uşaq sağ qaldı

21 may 2025 , 12:20
Məhkəmədən Azər Qasımlı ilə bağlı YENİ QƏRAR

Məhkəmədən Azər Qasımlı ilə bağlı YENİ QƏRAR

21 may 2025 , 12:07
Bakıda toy zamanı  restoran alovlandı - VİDEO

Bakıda toy zamanı restoran alovlandı - VİDEO

21 may 2025 , 11:54