Volqoqradda yaşlı kişi çoxmərtəbəli binada şəxsi mənzilinin tualetində diri-diri qaynadılıb.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, Turbinnaya küçəsində yerləşən doqquzmərtəbəli binada kommunal qəza baş verib. İlkin olaraq bildirilib ki, kişinin üzərinə qaynar su çıxışından qaynar su tökülüb.
“Hər şeyin necə baş verdiyi hələ də məlum deyil, bəlkə də kişi özünü pis hiss edib və borunu tutub. Bütün bunlara yoxlama zamanı aydınlıq gələcək. Bu arada hadisə yerinə baxış keçirilərkən boruda kənar təsirin izləri aşkar edilib”, - məlumatlı şəxslərdən biri bildirib.
Regional səhiyyə komitəsi daha sonra həkimlərin kişini xilas edə bilmədiklərinə aydınlıq gətirib. Hadisə yerinə gələndə həyat əlaməti olmayan bir kişi tapıblar.