Pələng sərxoş dostlara hücum etdi:  Birini meşəyə apardı
29 dekabr 2022 19:25 (UTC +04:00)

Pələng sərxoş dostlara hücum etdi: Birini meşəyə apardı

0

Hindistanda pələng üç sərxoş dosta hücum edib, onlardan birini öldürüb, digərlərini isə yaralayıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hücum Uttarxanddakı Korbet Milli parkında baş verib. Meşə Təsərrüfatı İdarəsindən verilən məlumata görə, dostlar təbiətdə spirtli içki qəbul edərkən qarşılarına pələng çıxıb. O, dostlardan birinə hücum edərək onu meşəyə sürüyərək öldürüb. Mərhumun içki içən iki yoldaşı da yaralanıb.

Hadisə yerinə gələn departament və polis əməkdaşları uzun müddət kişi meyitini tapa bilməyiblər. Bir neçə saat sonra onun cəsədi kolluqda tapılıb. Polis qurbanın adının Nafis olduğunu, Ramnaqar şəhərində yaşadığını bildirib.

Meşə Təsərrüfatı İdarəsi hesab edir ki, bir yırtıcı həmin ərazidə insanları ovlayır. Son vaxtlar bu pələng artıq 10 nəfəri öldürüb. Meşəçilər tələlər qurublar və  heyvanı axtarmaq üçün bir neçə qrup yaradıblar. Hətta təlim keçmiş fillər də buna cəlb olunub, lakin uğur qazana bilməyiblər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3733

Oxşar yazılar