Paytaxtda qəza zamanı xəsarət alan  5 nəfərdən biri öldü   - FOTO
06 yanvar 2023 03:08 (UTC +04:00)

Paytaxtda qəza zamanı xəsarət alan 5 nəfərdən biri öldü - FOTO

0

Bakının Binəqədi rayonunda baş verən qəzada xəsarət alan beş nəfərdən biri xəstəxanada ölüb. 

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə saat 2 radələrində Svetlana Məmmədova küçəsində qeydə alınıb.

Qəza zamanı "Toyota Land Cruiser", "Mercedes" və "Khazar" markalı avtomobillər toqquşub.

Xəsarət alanlar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Lakin həkimlərin səyinə baxmayaraq, 1985-ci il təvəllüdlü Abdullayev Lətif Rauf oğlu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, ölən şəxs “Mercedes” markalı avtomobilin sürücüsü olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2600

Oxşar yazılar