Parkda körpəni anasının əlindən alıb qaçırtdı
25 iyul 2024 14:21 (UTC +04:00)

Parkda körpəni anasının əlindən alıb qaçırtdı

Rusiyada parkda körpəni anasının əlindən alaraq, qaçırıblar.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Moskva şəhərində Fərqanə keçidi adlanan ərazidə baş verib.

Məlumata görə, iyulun 24-də naməlum şəxs uşaq meydançasına qaçaraq 38 yaşlı ananın əlindən körpəni alıb və qaçıb. Hadisənin şahidi olanlar onun dalınca qaçıblar. Cinayətkar artıq ələ keçəcəyini görüb qaçırdığı qızı yerə yıxıb. Nəticədə uşaqda kəllə-beyin travması və döş qəfəsi əzilməsi baş verib.

Uşaq oğrusu polisə təhvil verilib. Saxlanılan şəxsin sərxoş olduğu üzə çıxıb. O, əvvəllər dələduzluqda ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1659
avatar

Oxşar yazılar