Özünə xəsarət yetirən qadın XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ
17 may 2021 04:01 (UTC +04:00)

Özünə xəsarət yetirən qadın XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ

Gəncədə 52 yaşlı qadın özünə xəsarət yetirib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Vaqif küçəsində qeydə alınıb.

1969-cu il təvəllüdlü Mehriban Əli qızı Atayeva sol qolunun bilək nahiyəsinin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. M.Atayevanın özünə hansı səbəbdən xəsarət yetirməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1860

Oxşar yazılar