Bakıda polisə müraciət edən vətəndaş avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxt sakini Z.Həsənov özünə məxsus “QAZ-3110” markalı avtomobilin qaçırılması barədə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət edib.
Ancaq polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində fakt təsdiqini tapmayıb. Həmin avtomobil avqustun 26-da Binəqədi rayonu ərazisində hərəkətdə olarkən saxlanılıb. Hadisənin maraqlı olan tərəfi budur ki, avtomobili Z.Həsənovun özünün idarə edildiyi aşkar olunub.
Hazırda faktla bağlı araşdırma aparılır.