Şəki sakini ehtiyatsızlıqdan tanışını öldürüb.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Şəki rayonu Baş Küngüt kənd sakinləri 1986-cı il təvəllüdlü Pərvin İsmayılov və 1992-ci il təvəllüdlü Nurlan Mustafayevlə yaşadıqları kənddə yerləşən dağlıq-meşəlik ərazidə təklüləli ov tüfəngi ilə ov edən zaman P.İsmayılov ehtiyatsızlıqdan N.Mustafayevi güllələyərək öldürüb.
Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq tədbirləri davam etdirilir.
***
23:43
Şəkidə kişi həmkəndlisini güllələyib.
Lent.az APA-nın şimal-qərb bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Baş Küngüt kəndində baş verib.
Kənd sakini 36 yaşlı Pərvin İsmayılov ov tüfəngi ilə ehtiyatsız davrandığından həmkəndlisi 30 yaşlı Nurlan Rövşən oğlu Mustafayevi güllələyib.
Güllələnən N.Mustafayev hadisə yerində keçinib.
Hadisəni törətməkdə şübhəli sayılan P.İsmayılov saxlanılıb.
Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.