Avqustun 11-də baş verən yol qəzaları zamanı 2 nəfər dünyasını dəyişib.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki. qəzaların hər ikisi piyada ölümü ilə nəticələnib. Belə ki, saat 20 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində paytaxt sakini A.Yusifov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən 35-40 yaşlı kişini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Həmin radələrdə həmçinin Xaçmaz rayonunun Yalama kəndi ərazisində Bakı şəhər sakini E.Zeynalov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Cavid Atakişiyevi vurub. Bu qəzada da piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hər iki faktla bağlı yerli Polis Şöbəsi tərəfindən araşdırma aparılır.