Ordumuzun qanunsuz erməni silahlı dəstə üzvünü yaralaması xəbəri yalandır - MN
15 fevral 2022 20:31 (UTC +04:00)

Ordumuzun qanunsuz erməni silahlı dəstə üzvünü yaralaması xəbəri yalandır - MN

Erməni mətbuatında yayılan guya Azərbaycan Ordusunun bölmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində atəş açması nəticəsində qanunsuz erməni silahlı dəstə üzvünün ağır yaralanması barədə məlumat yalandır.

Lent.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.  
Məlumatda deyilir ki, erməni tərəfi qanunsuz birləşmənin üzvləri arasında baş verən cinayətləri ört basdır etmək üçün növbəti təxribata əl atıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2163

Oxşar yazılar