Ordu ilə bağlı yalan xəbər yayan saxlanıldı  - YENİLƏNİB
12 sentyabr 2023 15:11 (UTC +04:00)

Ordu ilə bağlı yalan xəbər yayan saxlanıldı - YENİLƏNİB

0

Ordu ilə bağlı yalan xəbərlər yayan barəsində qərar verilib.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, Abşeron rayon məhkəməsinin qərarı ilə Pərviz İbrahimli barəsində 15 sutka inzibati tənbeh tədbiri tətbiq edilib.

***
Saat: 13:46

Sosial şəbəkələrdə Azərbaycan Ordusu və hərbçiləri ilə bağlı yalan məlumatlar paylaşan şəxslərlə bağlı Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər görülür.

DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, davam etdirilən tədbirlərlə “Tik-Tok” platformasında feyk profillər vasitəsilə döyüş əməliyyatları və itkilər olması ilə bağlı yalan məlumatlar paylaşan 25 yaşlı İbrahimli Pərviz Vüqar oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun bu qəbildən olan məlumatları paylaşmaqda məqsədi öyrənilib. Onun əməllərində inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6832

Oxşar yazılar