Çində məhkəmə 60-a yaxın sevgilisini işə götürən yüksək vəzifəli məmurun həbsinə qərar verib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Çində yüksək səs-küylü məhkəmə işində cavabdeh şəxs rəsmi mövqeyindən istifadə edərək 58 eşq macərası yaşamış Quyçjou əyalətinin Tsyanan prefekturasının keçmiş qubernatoru və partiya katibinin müavini Çjun Yan olub.
Məmur 58 tabeliyində olan işçi ilə cinsi əlaqədə olmaq və təqribən 60 milyon yuan və ya 8,5 milyon dollar rüşvət almaq da daxil olmaqla, bir sıra pozğunluqlara görə 13 il həbs cəzasına məhkum edilib və 1 milyon yuan və ya təxminən 140 min dollar cərimə olunub.
Məlumdur ki, 52 yaşlı Çjun Yan sadə ailədə böyüyüb, universitetdə tarix ixtisası üzrə oxuyub, sonra 22 yaşında Çin Kommunist Partiyasının sıralarına qoşulub. Zamanla Çin Xalq Nümayəndələri Konqresinin deputatı olub.
Cazibədar görünüşünə görə mətbuatda onu tez-tez "gözəl qubernator" adlandırıblar. Çjun heç vaxt evlənməyib və övladı olmayıb. O, kənd təsərrüfatında uğurları ilə tanınıb. Lakin tezliklə məlum olub ki, o, vəzifə səlahiyyətlərindən istifadə edərək dövlət sərmayəsi bəhanəsi ilə rüşvət alıb, müəyyən şirkətlər üçün gəlirli müqavilələr bağlayıb.
Xüsusilə, yüksək texnologiyalı zonada yaxın münasibətdə olduğu bir iş adamı üçün 170 min kvadratmetrlik tikinti layihəsini təsdiqləyib. Eyni zamanda, sosial dairəsinə daxil olmayanlarla müqavilələrdən imtina edib.
Çjun Yan tabeliyində olanlarla sevgi romanlarına başlayıb və onlarla vaxt keçirib, bunu iddia edilən "iş vaxtından artıq iş" və "iş səfərləri" ilə izah edib. Bəzi kişilər təklif etdiyi üstünlüklərə görə, bəziləri isə onun gücündən qorxaraq onun tərəfdaşı olmağa razılaşıblar.
Çin sosial şəbəkəsi “Weibo”da şərhçilər Çjunun valideynlərinin yəqin ki, ən çox məyus olduqlarını qeyd ediblər. Bir istifadəçi yazıb: "Onun yazıq valideynlərinə yazığım gəlir. Təsəvvür edirəm ki, onlar necə kədərlidir və ürəkləri qırılıb".