"Oksigen" klinikası məhkəməyə verildi
09 fevral 2023 17:14 (UTC +04:00)

"Oksigen" klinikası məhkəməyə verildi

“Oksigen Kliniki Xəstəxanası” MMC məhkəməyə verilib.

Lent.az xəbər verir ki, klinikada sertifikasiyadan keçməyən işçilərin tibbi fəaliyyətə buraxıldığı aşkarlanıb. Buna görə də klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddəsilə protokol tərtib olunub.

Protokol baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, bu maddə əsasında vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3608

Oxşar yazılar