Oğuzda qadın sirkə turşusundan zəhərlənib.
Lent.az xəbər verir ki, hadisə Oğuz şəhərində qeydə alınıb.
59 yaşlı Musayeva Qənirə Məhəmməd qızı yaşadığı bacısına məxsus evdə sirkə turşusundan zəhərlənərək ölüb.
Onun həmin məhlulu səhvən yaxud bilərəkdən içməsi bəlli deyil.
Araşdırma aparılır.