Oğuzda dağlıq ərazidə yanğının söndürülməsinə HELİKOPTER CƏLB EDİLDİ
20 avqust 2021 22:34 (UTC +04:00)

Oğuzda dağlıq ərazidə yanğının söndürülməsinə HELİKOPTER CƏLB EDİLDİ

0

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

FHN-dən Lent.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1851

Oxşar yazılar