Oğuzda ağır qəza
20 avqust 2023 19:26 (UTC +04:00)

Oğuzda ağır qəza

Ağcabədi rayon sakinləri Oğuzda yol qəzasına düşüb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə axşam saat 17:30-da rayonun Qumlaq kəndinə gedən avtomobil yolunda baş verib.

"Mercedes" və "Lada" markalı iki minik avtomobilli toqquşub. Qəza zamanı “Mersedes” markalı avtomobildə olan üç nəfər Ağcabədi rayon sakinləri - 1958-ci il təvəllüdlü Şirxan Məhəmməd oğlu Tahirov, 1988-ci il təvəllüdlü Elnarə Əkbər qızı Tahirova və 1997-ci il təvəllüdlü Səkinə Aslan qızı Bəylərli aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

# 2469
avatar

Oxşar yazılar