Yanğının söndürülməsi
25 avqust 2022 10:17 (UTC +04:00)

Yanğının söndürülməsi

Oğuz meşəsindəki yanğın söndürüldü - VİDEO

Oğuzda 2 saylı meşə dolayında baş verən yanğın genişlənməsinə imkan verilmədən dünən axşam saatlarında söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, yanğın nəticəsində ilkin məlumata əsasən, təxminən 0.3 hektar sahədə əsasən kol-kos və qurumuş ağaclar yanıb. Relyefin mürəkkəbliyinə, havanın yüksək temperaturuna baxmayaraq, həyata keçirilmiş operativ tədbirlər sayəsində sıx meşəlik ərazi yanğından mühafizə olunub.

Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edib.

Oğuzda meşədə başlayan yanğın söndürülüb

# 1605
avatar

Oxşar yazılar