Oğuz meşəsində üzərinə ağac aşan kişi öldü - YENİLƏNİB
03 avqust 2024 14:26 (UTC +04:00)

Oğuz meşəsində üzərinə ağac aşan kişi öldü - YENİLƏNİB

Oğuzda meşədə üzərinə ağac aşan kişi ölüb.

Lent.az-ın məlumatına görə, koma vəziyyətində xəstəxanaya yerləşdirilən 36 yaşlı F. Bayramovun həyatını xilas etmək mümkün olmayıb.

***
12:58

Oğuzda ağac kişinin üzərinə aşıb.

Lent.az xəbər verir ki, hadisə rayonun Tayıflı kəndində meşə zolağında baş verib. Meşədə 36 yaşlı Bayramov Fuad Valeh oğlunun üzərinə ağac düşüb.

O, ağır xəsarət alaraq koma vəziyyətində xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Lent.az-ın əldə etdiyi məlumata görə, F. Bayramov Bakı sakinidir, Oğuza qonaq gəlib. O, qohumu ilə meşəyə odun gətirməyə gedib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1200
avatar

Mehman Nəbiyev

Oxşar yazılar