Oğurluğa getdiyi mağazanı yandırdı - FOTO
22 sentyabr 2021 14:31 (UTC +04:00)

Oğurluğa getdiyi mağazanı yandırdı - FOTO

Sumqayıtda naməlum şəxs qarət edə bilmədiyi mağazanı yandırıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 4-cü məhəlləsində binalardan birində qeydə alınıb. 

Oğurluq etmək istəyən şəxs sentyabrın 6-da gecə saatlarında ərazidə olan ticarət obyektlərini qarət etmək istəyib. Həmin şəxs ərazidə olan “Dönər evi”nin qapısını sındıraraq içəri girib, orada olan ərzaq məhsullarını, suları və 500 manata yaxın pulu götürüb. Sonra isə oğru digər obyektə - kiçik ərzaq mağazasına girməyə cəhd edib. Qapını aça bilmədiyindən obyektin plastik material olan hissəsini yandırıb içəri girməyə çalışıb. Lakin o, istəyinə nail ola bilməyərək aradan çıxıb.

Mağazanın icarədarı Rəsmiyyə Abbasova APA-ya bildirib ki, həmin şəxs öz niyyətini sentyabrın 17-də gecə saatlarında yenidən həyata keçirmək istəyib. Oğurluq etmək istəyən şəxs ərazidə olan digər obyektlərdə quraşdırılmış müşahidə kamerasına düşüb. Rəsmiyyə Abbasovanın sözlərinə görə, ona 10 min manata yaxın ziyan dəyib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırmalar aparılır və hadisənin səbəbkarlarının tapılması istiqamətində müvafiq addımlar atılır. 

# 855
avatar

Oxşar yazılar