Moskva yaxınlığındakı Serpuxov şəhərinin hüquq-mühafizə orqanlarının əməkdaşları eyni vaxtda baş verən zorlama və oğurluq faktını araşdırır.
Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, hadisə Zonovaya küçəsində yerləşən evlərdən birində baş verib. Axşam saatlarında gənc cütlük bol spirtli içki qəbul ediblər. Gecə onlar yatarkən pəncərədən evə oğru girib.
Bu zaman 23 yaşlı qadın yuxudan oyanaraq su içmək üçün mətbəxə keçib. Dəhlizdə içəri girən şəxs ona hücum edib, boğazına bıçaq dayayıb, onu hamama sürükləyib və zorlayıb. Bütün bu müddət ərzində 33 yaşlı kişi yatırmış.
Bundan sonra naməlum şəxs bank kartı, kompüter və kişi gödəkçəsini götürərək yoxa çıxıb.