Bakıda gənc oğlan itkin düşüb.
Lent.az xəbər verir ki, paytaxtın Ramana qəsəbəsində yaşayan Məmmədzadə Yunus Sabir oğlu avqustun 29-da saat 19 radələrində yaşadığı evdən çıxıb. Onun sosial şəbəkədə tanış olduğu bir qadına kömək etmək məqsədilə evdən çıxdığı bildirilir.
Ailə üzvləri saat 22:00-da onunla əlaqə saxlayıb və o, evə gəldiyini deyib. Lakin sonradan ona zəng çatmayıb.
Evdən çıxarkən əynində ağ köynək və göy şalvar olub.
Onu görənlərdən yaxınlıqdakı polis bölməsinə məlumat vermələri xahiş olunur.
İtkin düşən Yunus Məmmədzadə