Ögey qızını zorlayan sərxoş kişi onu öldürmək istədi
29 iyun 2023 10:54 (UTC +04:00)

Ögey qızını zorlayan sərxoş kişi onu öldürmək istədi

Trans-Baykal diyarının Xaraqun kəndində 45 yaşlı İlya Borisov on altı yaşlı ögey qızını zorlayıb və onun həyatına son qoymağa cəhd edib.

Lent.az-ın məlumatına görə, bu barədə “Mash” teleqram kanalı hüquq-mühafizə orqanlarının məlumatlarına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, polis günlərdir ki, onu axtarır.

Bildirilir ki, 45 yaşlı kişi həddindən artıq spirtli içki içdikdən sonra ögey qızına sataşmağa başlayıb. Qız müqavimət göstərib, lakin kişi onu döyüb. Nəticədə qız huşunu itirib. Ögey qızını zorlayan təcavüzkar öldüyünü düşünüb onu basdırmaq istəsə də, yoldan keçənlər təcili yardım çağıraraq kişini qorxudublar. Kişi hadisə yerindən qaçıb və sonuncu dəfə yaxınlıqdakı kənddə bir mağazada görünüb.

Qız isə sağdır və hazırda xəstəxanadadır.

Hazırda cinayətkarın tutulması üçün axtarış davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2313
avatar

Oxşar yazılar