"O qonorarla alınan çörəyi necə yemək olar?" - DİN-dən ETİRAZ
07 iyul 2022 15:11 (UTC +04:00)

"O qonorarla alınan çörəyi necə yemək olar?" - DİN-dən ETİRAZ

Bu gün bəzi xəbər saytlarında müxtəlif vaxtlarda baş vermiş yol-nəqliyyat hadisəsi və xidməti silahla ehtiyatsız davranış nəticəsində həlak olmuş bir neçə polis əməkdaşının fotolarını ümumiləşdirərək paylaşıblar.

Bu paylaşım Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun etirazına səbəb olub. 

Lent.az polis polkovnikinin etirazını təqdim edir:

"Mən əminəm ki, qeyd olunan fotoları ilk yayan, nə də ki, həmin fotoları paylaşan digər saytların rəhbərlərinin bu məsələdən xəbərləri olmayıb. Materialı xırda “jurnalistlər” hazırlayıb və paylaşıb. Onlar anlamır ki, nə qəzadan, nə ölümdən heç kəs sığortalanmayıb? Bilmirlər ki, sabah onların özləri də yol-nəqliyyat hadisəsində ölə bilərlər və ya yazı yazanda qələmləri gözlərinə batar? 

Ölənin peşəsini qoyuram kənara. Axı istənilən vəfat etmiş şəxsin ailəsi, körpə övladları qalıb. Dünyadan köçmüş əzizlərinin fotolarını mətbuatda gördükdə onların keçirdikləri kədəri, axıtdıqları göz yaşını axı təsəvvür etmək çətin deyil. Belə dırnağarası jurnalistlər ya bilərəkdən, ya da savadsızlıqdan paylaşdıqları bu fotolarla onların kövrək hissləri ilə oynayır, yaralarını qaşıyırlar. Bununla nə qazanacaqlar?   5-10 manat qonorar. O qonorarla alınan çörəyi necə yemək olar?"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3976

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15