Novxanıda dənizə çirkləyən restoran sahibi cərimələndi
15 avqust 2023 19:04 (UTC +04:00)

Novxanıda dənizə çirkləyən restoran sahibi cərimələndi

0

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Sumqayıt şəhəri ərazisində və Xəzər dənizinin sahil zolağında tədbirlər keçirilib.

DİN-dən Lent.az-a verilən xəbərə görə, avqustun 12-də keçirilən tədbirlər zamanı Xəzər dənizinə tullantı sularının axıdılması faktı aşkar olunub.

Fakta görə, Sumqayıt şəhəri, Novxanı yolu, Sahil küçəsində yerləşən restoranlardan birinin direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1825

Oxşar yazılar