Neftçalada ana və oğlu dəm qazından zəhərlənib.
Lent.az xəbər verir ki, Bəxtiyar Pirəliyev və anası Naibə Piriləliyeva evdə kustar üsulla quraşdırılmış qaz sobasından sızan qazdan zəhərləniblər.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Bəxtiyar Pirəliyev orada ölüb. Onun ölüm səbəbinin trombemboliya olduğu bildirilib. Qadının vəziyyəti kafidir.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.