Naxçıvanda YANĞIN:  3 polis...   - FOTO
15 mart 2023 00:05 (UTC +04:00)

Naxçıvanda YANĞIN: 3 polis... - FOTO

0

Naxçıvan şəhərində yanğın baş verib.

Lent.az xəbər verir ki, yanğın şəhərin Nəcməddin Naxçıvani küçəsində olub.

Hadisə yerinə Naxçıvan Muxtar Respublika Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin, eyni zamanda Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb edilib.

Yanğın zamanı 3 polis əməkdaşı zəhərlənib, vəziyyətləri sabitdir.

Artıq yanğın tam olaraq söndürülüb, soyutma işləri aparılır.

Hadisənin qarşısını almaq üçün 5 yanğınsöndürən maşın cəlb edilib.

Yanğın yaxınlıqdakı evlərə də keçib.

İlkin araşdırmalara görə, yanğına səbəb qısaqapanma olub.

Ceyhun Məmmədov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2197

Oxşar yazılar