Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi məhkəməyə verilib.
Lent.az xəbər verir ki, nazirlikdə gömrük qaydalarının pozulması aşkarlanıb. Buna görə də dövlət qurumu barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsilə protokol tərtib olunub.
Protokol baxılması üçün Naxçıvan şəhər məhkəməsinə göndərilib.
Qeyd edək ki, həmin maddə ilə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.