Naxçıvanda 621 minlik kibercinayətkarlıq edənlər saxlanıldı
16 dekabr 2023 13:16 (UTC +04:00)

Naxçıvanda 621 minlik kibercinayətkarlıq edənlər saxlanıldı

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin apardığı araşdırmalar nəticəsində kibercinayətlə məşğul olan şəxslər saxlanılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, onlar müxtəlif yollarla vətəndaşları aldadaraq külli miqdarda vəsaiti mənimsəyiblər.

Belə ki, Babək rayon sakinləri Seyidov Mircoşqun Məhərrəm oğlu və Edilxanov Hikmət Məhərrəm oğlu 10-na yaxın universitet tələbəsini aldadaraq onların hər birinin adına bir mobil nömrə və 5 bank kartı rəsmiləşdiriblər. Sonra həmin kartlar Bakı şəhərinə göndərilib və həmin kartlar vasitəsilə internet şəbəkələrində kibercinayətlər törədilib. Həmin kartlardan dövriyyə 621 min manat olub.

Eyni zamanda, Nazirliyin Cinayət-axtarışı İdarəsinin kibercinayəti üzrə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat nəticəsində Naxçıvan şəhər sakini Səfərov İlqar İslam oğlu saxlanılıb. O, sosial şəbəkədə hesab açaraq xəstə uşağına pul yığmaq adı ilə insanları aldadaraq 22 min manatı mənimsəyib.

Faktla bağlı araşdırmalar davam edir.

Naxçıvanda 621 min manatlıq kibercinayətlıq edənlər saxlanılıblar - FOTO Naxçıvanda 621 min manatlıq kibercinayətlıq edənlər saxlanılıblar - FOTO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3270
avatar

Oxşar yazılar