Şərur rayon sakini turşudan zəhərlənərək ölüb.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Kürkənd kəndində baş verib.
Kənd sakini, 16 yaşlı Ələkbərova Gülnaz Cəmil qızı konservləşdirilmiş xiyar turşusunu yedikdən sonra zəhərlənib. Onu xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.