Naxçıvan Muxtar Respublikasına yeni hakimlər təyin edilib.
Lent.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə layihələr Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” layihəsinə əsasən, İlqar Məhərrəm oğlu Mirzəyev səlahiyyət müddəti 2023-cü il yanvarın 2-də başa çatdığı üçün həmin tarixdən yenidən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin ediləcək. Aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan MR Ali Məhkəmənin hakimləri təyin ediləcəklər:
- Bəylərli Səxavət Şahhüseyn oğlu – Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin hakimi;
- Novruzov Səxavət Hüseyn oğlu – Naxçıvan MR İnzibati Məhkəməsinin hakimi.
Layihələr səsə qoyularaq bir oxunuşda qəbul edilib.