Naxçıvana uçan sərnişin təyyarəsi Bakıya geri döndü -  SƏBƏB
30 noyabr 2021 22:19 (UTC +04:00)

Naxçıvana uçan sərnişin təyyarəsi Bakıya geri döndü - SƏBƏB

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmağa qərar verib.

AZAL-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təyyarə saat 21:37-də Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.

Qeyd edək ki, bu gün Naxçıvanı bürüyən güclü duman AZAL-ın bu istiqamətdə həyata keçirdiyi reyslərinin gecikməsinə səbəb olub.
 

# 2067
avatar

Oxşar yazılar