Narkotikin təsirində olan sürücünün avtomobilindən narkotik aşkarlanıb.
Lent.az xəbər verir ki, hadisə ayın 10-u Ələt-Astara yolunun 143-cü kilometrliyində baş verib.
Belə ki, Ağamalıyev Sərxan Məmməd oğlunun idarə etdiyi “Toyota” markalı 99-VH-493 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi stasionar postda nəzarət qaydasında saxlanılıb.
Sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib.
Müayinənin nəticəsinə əsasən, sürücü S.Ağamalıyevin narkotik maddə istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib və Məhkəmənin qərarı ilə S.Ağamalıyev barəsində inzibati həbs tətbiq olunub.
O, 2 il müddətinə sürücülük hüququndan məhrum edilib.