Narkotik çəkən sürücü həbs olundu
14 avqust 2024 11:11 (UTC +04:00)

Narkotik çəkən sürücü həbs olundu

Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları narkotik vasitənin təsiri altında sükan arxasına əyləşən sürücünü ifşa edib.

İdarədən Lent.az-a verilən xəbərə görə, paytaxt sakini Vasif Hüseynlinin idarə etdiyi “Honda” markalı avtomobil ödənilməmiş cərimələri olduğu üçün Bakı-Quba yolunun Saray qəsəbəsi ərazisindən keçən hissəsində saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib.

Müayinə zamanı V.Hüseynlinin avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunduğundan barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504
avatar

Oxşar yazılar