Narkotik çəkdiyi üçün 2 il maşın sürməyəcək - FOTO
28 dekabr 2022 11:04 (UTC +04:00)

Narkotik çəkdiyi üçün 2 il maşın sürməyəcək - FOTO

0

Narkotikdən istifadə edən daha bir sürücü ifşa olunub.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, “Mercedes” markalı avtomobilin sürücüsü Rəşad Həsənov Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən yoxlama-nəzarət qaydasında saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücü R.Həsənovun hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçməsi təmin olunub və müayinə zamanı onun narkotik maddə qəbul etməsi müəyyən edilib.

R.Həsənovun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati  protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə R.Həsənov nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.

Narkotikin təsirində sürülən maşın

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1697

Oxşar yazılar