Naməlum bıçaqlanma  : 23 yaşlı oğlanın vəziyyəti ağırdır
20 fevral 2022 23:40 (UTC +04:00)

Naməlum bıçaqlanma : 23 yaşlı oğlanın vəziyyəti ağırdır

0

Gəncədə bıçaqlanma hadisəsi baş verib.  

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə şəhərin Füzuli parkında qeydə alınıb.

1999-cu il təvəllüdlü Məmmədov Rəvan qarın boşluğunun və kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.  

Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.  

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2059

Oxşar yazılar