Müxtəlif təyinatlı obyektlərdə və yaşayış evində YANĞIN OLUB
13 noyabr 2021 09:04 (UTC +04:00)

Müxtəlif təyinatlı obyektlərdə və yaşayış evində YANĞIN OLUB

0

Cəlilabad rayonunun Göytəpə şəhərində ümumi sahəsi 102 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (dərzi sexi, bərbərxana və telefon mağazası) ibarət tikilinin tavanı 60 m² sahədə yanıb. 

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. 

Ağcabədi rayonunda isə ümumi sahəsi 30 m² olan fin tipli evin yanar konstruksiyaları və içərisindəki əşyalar, bitişik ümumi sahəsi 49 m² olan birmərtəbəli evin qamışdan ibarət tavanı 10 m² sahədə yanıb. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1166

Oxşar yazılar