Müştərilərə ov quşlarından yeməklər  verən restoran sahibləri CƏZALANDIRILDI
13 dekabr 2024 16:05 (UTC +04:00)

Müştərilərə ov quşlarından yeməklər verən restoran sahibləri CƏZALANDIRILDI

Masallıda qanunsuz ov faktları aşkarlanıb.

Lent.az xəbər verir ki, polis əməkdaşları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər nəticəsində R.Hüseynov və V.Eynullayevin Masallı rayonu ərazisində qanunsuz ov etdikləri müəyyən olunub. Həmin şəxslərdən 1 ədəd "TOZ" markalı ov tüfəngi, 1 ədəd "Kral Arms" markalı pnevmatik tüfəng və qanunsuz ovladıqları çöl quşları aşkarlanıb.

Bundan əlavə, keçirilən müvafiq tədbirlər zamanı Masallı rayonu ərazisində fəaliyyət göstərən iki restoranda ovlanması qadağan edilmiş çöl quşları aşkarlanıb. Hər iki restoran sahibinə təbiətə vurduqları ziyan ödətdirilib.

Faktlar üzrə araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2444

Oxşar yazılar