Müşfiq Şahverdiyev yenidən məhkəməyə verildi
07 aprel 2023 10:58 (UTC +04:00)

Müşfiq Şahverdiyev yenidən məhkəməyə verildi

Tanınmışa komediya ustası Müşfiq Şahverdiyev məhkəməyə verilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, onun barəsində xüsusi ittiham qaydasında Xətai rayon Məhkəməsinə şikayət edilib. Sənətçi Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi üzrə təqsirli bilinir.

M. Şahverdiyevi bir müddət əvvəl aralarında maliyyə problemlərinə görə, qalmaqal yaşanan “Cinemazadeh” studiyasının rəhbəri Cəfər Axundzadə məhkəməyə verib.

Məlumata əsasən, C. Axundzadənin şikayətinə səbəb M. Şahverdiyevin onun haqqında mediada səsləndirdiyi fikirlər olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2919
avatar

Mehman Nəbiyev

Oxşar yazılar