Müharibə iştirakçısını çəkiclə döyən  azərbaycanlıdan YENİ XƏBƏR
03 iyun 2024 15:54 (UTC +04:00)

Müharibə iştirakçısını çəkiclə döyən azərbaycanlıdan YENİ XƏBƏR

Moskva vilayətində Rusiyanın Ukraynadakı hərbi əməliyyat iştirakçısını azərbaycanlının döyməsi ilə bağlı cinayət işi yenidən araşdırılacaq. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə göstərişi Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin verib.

Rusiya İstintaq Komitəsinin Telegram kanalında verilən məlumata görə, müharibə iştirakçısı İnformasiya Mərkəzi vasitəsilə idarənin sədrinə müraciət edərək daxili işlər orqanlarının ona qarşı qanunsuz hərəkətlər etmək bağlı cinayət işinin hallarının müəyyən edilməsində gedişatından razı olmadığını bildirib. İndi Bastrıkin regional qərargahdan işi yenidən başlatmağı və ilkin və yekun nəticələr barədə şəxsən ona məlumat verməyi tələb edir.

Hadisənin özü ötən ilin dekabrında Reutovda yaşayış binalarından birinin yaxınlığındakı dayanacaqda baş verib. O zaman müharibə iştirakçısı azərbaycanlı ilə mübahisə edib və sonuncu münaqişə zamanı keçmiş döyüşçünü çəkiclə başına və bədəninə döyüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1521
avatar

Oxşar yazılar