Müğənninin olduğu məkanda ATIŞMA
13 fevral 2022 04:48 (UTC +04:00)

Müğənninin olduğu məkanda ATIŞMA

0

Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Qərbi Hollivud şəhərində kanadalı pop musiqiçisi Castin Biberin də olduğu əyləncə məkanda atışma baş verib.
Lent.az “CNN” telekanalına istinadən xəbər verir ki, atışma nəticəsində 3 nəfər yaralanıb.

Polisin məlumatına görə, restoranın yaxınlığında dava düşüb və bu zaman bir neçə dəfə havaya atəş açılıb. Yaralıların hamısı xəstəxanaya çatdırılıb, vəziyyətlərinin stabil olduğu bildirilir. 

Hüquq-mühafizə orqanları hadisənin heç bir dəstənin fəaliyyəti ilə bağlı olmadığını əlavə edib.

Hadisə baş verəndən bir neçə dəqiqqə sona müğənni Castin Biber məkanı tərk edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1966

Oxşar yazılar