Murmansk vilayətində 15 yaşlı məktəbli intihar edib. O, ölümündə tarix müəllimini günahlandırıb.
Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, noyabrın 30-da axşam saatlarında Polyarnıye Zori şəhərindəki mənzilində 9-cu sinif şagirdinin meyiti tapılıb. Meyitin yanından telefon və planşet, həmçinin tarix müəlliminə yazılmış qeyd də aşkar edilib. Orada qız müəllimdən uşaqlarla daha mülayim davranmasını xahiş edib. Məktəbli qızın sözlərinə görə, ona görə bir çox uşaqlarda panik atak və əsəb pozğunluqları var:
“Uşaqlar bir müəllim kimi sizdən qorxur və nifrət edir. Siz uşaqları əsəb və panik ataklara sürükləyirsiniz”.
Məktub əlaqədar İstintaq Komitəsinin əməkdaşları tərəfindən götürülüb. Onlar yaxın vaxtlarda müəllimi dindirməyi planlaşdırırlar.