Bakıda şəhərində marşrut xətt avtobusunun şüşəsi sındırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə dekabrın 8-də saat 21 radələrində rayon ərazisində "BMW" markalı motosikletin sürücüsünün xuliqanlıq zəminində “Isuzu” markalı xətt avtobusunun alın şüşəsini dəmir parçası ilə sındırması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bərdə rayon sakini R. Əmrahlı müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.