Moskvanın Savelovski Məhkəməsi “Nə?” televiziya şousunun keçmiş iştirakçısı Rövşən Əsgərovu yenidən 40 min rubl (təxminən 708 manat) cərimələyib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, Əsgərov Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsinin 2-ci hissəsi ilə cərimələnib.
Onun ötən ilin dekabrında xarici agentlərin reyestrinə daxil olduğu məlum olub. Bundan əvvəl o, nasizmin reabilitasiyası işində qiyabi həbs olunub.
Qeyd edək ki, R. Əsgərov avqustun sonunda da eyni məhkəmə tərəfindən eyni miqdarda cərimələnib.