Molla rejimi azərbaycanlılara aksiya keçirməyə  icazə verdi
18 avqust 2023 11:58 (UTC +04:00)

Molla rejimi azərbaycanlılara aksiya keçirməyə icazə verdi

Molla rejimi azərbaycanlı milli fəalların Urmu gölünün qurudulmasına etiraz olaraq aksiya keçirməsinə icazə verib.

Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, Aqil Azərduxt və Əbduləziz Əzim Qədimi Ərdəbil valiliyindən Urmu gölünün qurudulması və Araz çayının ermənilər tərəfindən çirklənməsi ilə əlaqədar etirazı toplantısına icazə alıblar.

Etiraz toplantısı Ərdəbil şəhəri, Şəriəti meydanında 27 avqust axşam çağı baş tutacaq.

Valilikdə baş tutan görüşdə Əbduləziz Əzimi Qədim, Aqil Azərduxt, Həsən Ərk və doktor Nəsirzadə iştirak edib.

Bildirilir ki, bu azərbaycanlı milli fəalların uğurudur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3471
avatar

Oxşar yazılar