Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə bu gün gecə saat 01:40-da Nizami rayonu Babək prospekti, "Modern Hospital"ın qarşısında baş verib. Ağdaş rayon sakini 28 yaşlı Salmanov Bəhmən Habil oğlu idarə etdiyi "Mercedes Vito" markalı avtomobillə şəxsiyyəti naməlum olan 40 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərlə elə "Modern Hospital"a yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, 15 dəqiqə sonra orada keçinib.
Faktla bağlı araşdırma aparılır.