Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes " markalı minik avtomobili "KamAz"a arxadan çırpılıb. Qəza zamanı minik maşınında olan 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.