Mingəçevirdə qadın lotereya biletlərini  oğurladı
05 iyun 2024 10:15 (UTC +04:00)

Mingəçevirdə qadın lotereya biletlərini oğurladı

Mingəçevirdə lotereya biletləri oğurlanıb.

Lent.az-ın məlumatına görə, bu barədə şəhər sakini olan satıcı polisə müraciətində bildirib. O, polisə müraciətində lotereyaların oğurlandığını deyib.

Daxil olan müraciət əsasında Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tədbir görməyə başlayıblar. Nəticədə lotereya oğrusunun kimliyi müəyyən olunub. Məlum olub ki, oğurluq edən şəxs 51 yaşlı şəhər sakini E.Yusifovadır.

Belə ki, qadın əvvəlcə piştaxtaya alıcı kimi yaxınlaşıb. Bu zaman satıcının fikrinin yayınmasından istifadə edərək, lotereya biletlərini oğurlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2427
avatar

Mehman Nəbiyev

Oxşar yazılar